Əlaqə Arxiv
news Image
2015.02.01
15:01
| A A A
Cəsədi ağacda tapıldı

Bodrumda 31 yaşlı Osman Solakın cəsədi, ağaca asılı halda tapılıb

Movqe.az Milli.Az-a istinadən bildirir ki, Yokuşbaşı məhəlləsində saat 14:00 radələrində, köhnə qəbiristanlığın olduğu bölgədə iplə ağaca asılı haldakı kişi cəsədini tapılıb.

Əraziyə gələn polis, hadisə yerində araşdırma aparıb. Araşdırma sonunda ölən adamın şəxsiyyətinin Osman Solak olduğu məlum olub.

İntihar etdiyi düşünülən O.Solak 2 həftə öncə Bodrumdakı dayısının yanına gəlib və onun marketində işləməyə başlayıb. O, cəsədi tapılan gündən iki gün öncə itib və ondan heç bir xəbər almaq mümkün olmayıb.

Sizin Reklam Yeriniz