Əlaqə Arxiv
news Image
2015.02.02
10:35
| A A A
Ermənilər azərbaycanlı iş adamını öldürdülər
Rusiyanın Sankt-Peterburq şəhərində restoranlardan birində baş vermiş atışmanın təfərrüatları məlum olub.

Movqe.az-ın məlumatına görə, atışma Sankt-Peterburq şəhərində, "Qurman" restoranında fevralın 1-i gecə saat 4 radələrində baş verib. Kafenin sahibi olan azərbaycanlı ilə əslən erməni olan Gürcüstan vətəndaşı arasında mübahisə yaşanıb. Erməni müştəri xidmət səviyyəsindən narazı qalaraq kafenin sahibinə qarşı silah işlədib. Güllələrdən biri kafenin sahibinə, digəri isə başqa müştəriyə dəyib. Müştəri hadisə yerindəcə keçinib. Kafenin sahibi isə xəstəxanaya çatdırılıb. Onun da həyatını xilas etmək mümkün olmayıb. Həkimlərin bir neçə saatlıq cəhdi bir nəticə verməyib.

Hadisə ilə bağlı cinayət işi açılıb. Atışmada iştirak edən şəxslərin axtarışı davam etdirilir.
Sizin Reklam Yeriniz