Şəkili cibgir paytaxtda tutuldu
Şəkili cibgir Bakıda narkotiklə tutuldu
Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsi Cinayət-Axtarış Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cibgirlik yolu ilə çoxsaylı oğurluq cinayətlərində şübhəli bilinən Şəki rayon sakini, əvvəllər məhkum olunmuş 1983-cü il təvəllüdlü Polad Əfəndiyev müəyyən olunaraq tutulub.
Saxlanılarkən şübhəli şəxsin üzərindən 1,735 qram tiryək aşkarlanıb.