Əlaqə Arxiv
news Image
2015.02.03
12:05
| A A A
Astarada narkotacir dəstəsi tutuldu

Movqe.Az CTV-yə (Region TV) istinadən bildirir ki, Astara Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin satışı, istifadəsi və yaşayış evindən oğurluq edən 4 nəfərdən ibarət dəstə ifşa edilib.


Şübhəli şəxs qismində saxlanılan, rayonun Şahağacı kənd sakini Şəhriyar Teymur oğlu Dadaşovun üzərinə baxış keçirilən zaman 1 ədəd bükümdə çəkisi 0,595 qram heroin aşkarlanaraq götürülüb. İlkin araşdırmalar zamanı məlum olub ki, Şəhriyar Dadaşov narkotik vasitəni həmkəndlisi İlqar Səfərəli oğlu Süleymanovdan əldə edib. Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İlqar Süleymanov da yaxalanaraq istintaqa cəlb edilib. Ondan 6 bükümdə ümumi çəkisi 3 qrama yaxın narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. İlqar Süleymanovda aşkarlanan heroinin onun həmkəndlisi Mirzağa Akif oğlu Səmədovun vasitəsi ilə digər həmkəndlisi Həqiqət Dadaş qızı Məmmədovadan əldə edilməsi müəyyənləşdirilib.


Araşdırmalar zamanı həmçinin o da məlum olub ki, saxlanılan Mirzağa Səmədov Şahağacı kənd sakini Kamilə Əhmədağa qızı Səmədovaya məxsus yaşayış evinə daxil olaraq oradan pul və qızıl-zinət əşyaları oğurlayıb.


Faktla bağlı Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4, 234.1 və 234.4.3 maddələri ilə cinayət işi açılıb, araşdırma aparılır.

Sizin Reklam Yeriniz