Əlaqə Arxiv
news Image
2015.02.03
16:24
| A A A
Azərbaycanda qanunsuz lotereya

Gəncədə qanunsuz lotereya oyunları təşkil edən şəxs saxlanılıb.

Movqe.az-ın Daxili İşlər Nazirliyinə istinadla verdiyi məlumata görə, Gəncə ŞBPİ əməkdaşları tərəfindən əməliyyat həyata keçirilib.

Əməliyyat zamanı İlqar Sultanovun şəhər ərazisindəki evlərdən birində qanunsuz lotereya oyunları təşkil etməsi müəyyən edilib.

Oraya baxış zamanı oyun çekləri, "Postleks" markalı çek aparatı, televizor, noutbuk, istifadə olunmamış lotereyalar aşkar edilərək götürülüb.

Sizin Reklam Yeriniz