Əlaqə Arxiv
news Image
2015.02.04
16:15
| A A A
Lənkəran polisi külli miqdarda narkotik ələ keçirdi

Lənkəran polisi keçirdiyi növbəti əməliyyat zamanı 1 kq 230 qram çəkidə narkotik vasitə olan tiryəki dövriyyədən çıxarıb.

Movqe.az-ın ANS PRESS-ə istinadən verdiyi məlumata görə, Lənkəran polisinin rayon əraziisndə keçirdiyi növbəti reyd zamanı narkotik vasitələrin satışı ilə məşğul olmaqda şübhəli bilinən 38 yaşlı şəhər sakini Anar Ramazanov saxlanılıb.

Müstəntiq Toğrul Hüseynovun bildiridiyinə görə, polis şöbəsində Anar Ramazanovun idarə etdiyi VAZ 2107 avtomaşına baxış keçirilərkən avtomaşının arxa oturacağında 5 ədəd selofan torbada külli miqdarda, 1 kq 230 qram çəkidə narkotik vasitə hesab edilən tiryək aşkar edilərək götürülüb.

Saxlanılan Anar Ramazanov barəsində rayon məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib və Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

İndi Anarı tutduğu əmələ görə 5 ildən 12 ilədək həbs cəzası gözləyir.

Amma bu onun ilk məhkumluğu olmayacaq. Bundan əvvəl də Anar Ramazanov xuliqanlıq əməlinə görə 5 il məhkumluq həyatı yaşayıb.

Sizin Reklam Yeriniz