İki gün əvvəl tapılan meyitlərin kimliyi bəlli oldu
Bakının Yasamal rayonunda tapılan iki kişi meyitinin şəxsiyyəti müəyyənləşib.
Movqe.az xəbər verir ki, Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində meyiti tapılan şəxslərin 1983-cü il təvəllüdlü Elçin Zəki oğlu Əlibəyov və 1991-ci il təvəllüdlü Abbas Vahid oğlu Məmmədli olduğu müəyyən edilib.
Polisdən meyiti tapılan şəxslərin ölüm səbəbinin hələlik məlum olmadığı bildirilib.
Qeyd edək ki, hadisə fevralın 3-də Tbilisi prospekti ev 45 ünvanında qeydə alınıb.
Mənzildən hələlik şəxsiyyəti məlum olmayan iki kişi meyiti aşkar edilib. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində iş aparırlar.