Əlaqə Arxiv
news Image
2015.02.06
11:46
| A A A
Moskvada "Qərb casusu" olan rus həbs olunub

Movqe.az xəbər verir ki, Moskvada Qərb ölkələrindən birinə casusluq etməklə dövlətə xəyanətdə təqsirləndirilən Rusiya vətəndaşı həbs olunub.

Gennadi Kravtsov adlı vətəndaşı 20 ilədək həbs cəzası gözləyir.

Bildirilir ki, G.Kravtsov ötən il həbs olunub: "O, məxfi məlumatları Qərbə ötürməkdə ittiham olunur". Lakin Rusiya vətəndaşının konkret hansı ölkəyə casusluq etməsi barədə məlumat verilmir.

Moskvanın Lefortovo məhkəməsindən bildirilib ki, G.Kravtsov barədə həbs-qətimkan tədbiri yanvarın 21-də seçilib.

Sizin Reklam Yeriniz