Əlaqə Arxiv
news Image
2015.02.10
20:30
| A A A
Bakıda çoxmərtəbəli binada yanğın

Bu gün saat 16 radələrində Bakının Nərimanov rayonunda hündürmərtəbəli binada yanğın olub.

Movqe.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, hadisə Xətai küçəsi 38 ünvanında qeydə alınıb.

Həmin ünvanda yerləşən çoxmərtəbəli binanın onuncu mərtəbəsində yanğın başlayıb. Məlumat daxil olan kimi hadisə yerinə 3 yanğınsöndürən maşın cəlb olunub.

Yanğınsöndürənlər müəyyən ediblər ki, hadisə binanın şaxtasında qeydə alınıb. Binanın yüksəkgərginlikli elektrik kabelində qısaqapanma tüstüləməyə və yanğına səbəb olub.

Dərhal təhlükəsizlik məqsədilə sakinlər təxliyyə olunub. Yanğın söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

Sizin Reklam Yeriniz