Əlaqə Arxiv
news Image
2015.02.13
09:20
| A A A
Bacısının nişanlısını öldürdü

Bakının Sabunçu rayonunda bacısının nişanlısını qətlə yetirən Elvin Elşən oğlu Cavadov Sabunçu Rayon Prokurorluğuna gətirilib. Movqe.az-ın Apaya istinadən xəbərinə görə, şübhəli şəxs ifadə verib. Qətllə bağlı ilkin versiya  bundan ibarətdir ki, qətlə yetirilən Habil Abdullayev nişanlısı gilə gedibmiş. O, gələcək qayınatası Elşən Cavadovdan nişanlısı ilə görüşmək üçün icazə istəyib. Qızın qardaşı Elvin Cavadov isə buna etiraz edib. Mübahisə zəminində o, bacısının nişanlısına bir bıçaq zərbəsi vurub, ürək nahiyəsindən xəsarət alan 24 yaşlı gənc dünyasını dəyişib. Elvin Cavafov polisə könüllü təslim olub. Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.

Sizin Reklam Yeriniz