Əlaqə Arxiv
news Image
2015.02.18
13:45
| A A A
Bakıda ana iki oğlu ilə birlikdə cinayət törədib

Fevralın 15-də Xanlar küçəsində Zaman Əliyevin evindən qapını sındırmaqla 8000 manat dəyərində məişət avadanlıqlarını oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar.


Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə, Sabunçu RPİ 14-cü PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, hadisəni törədən Bakı şəhər sakinləri – 1993-cü il təvəllüdlü Orxan Telman oğlu Məmmədov, 1992-ci il təvəllüdlü Əzizağa Hüseyn oğlu Əzizov, 1979-cu il təvəllüdlü Yeganə Abbas qızı Namazova və oğlanları 2000-ci il təvəllüdlü Ramiz Mərdan oğlu Namazov və 2001-ci il təvəllüdlü Məhəd Mərdan oğlu Namazov tutulub. Şübhəli şəxslər ətrafında aparılan araşdırmalarla müəyyən edilib ki, onlar 20 yanvardan 17 fevral tarixlərində Maştağa qəsəbəsi Xanlar küçəsində yaşayan Rəna Əliyevaya məxsus evdən açar seçmə yolu ilə geyim əşyalarını da oğurlayıb.


Araşdırmalar davam etdirilir.

Sizin Reklam Yeriniz