Əlaqə Arxiv
news Image
2015.02.19
14:45
| A A A
Bakıda itən 16 yaşlı qız canına qıydı

Bakıda intihara cəhd hadisəsi baş verib.

Nizami Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Keşlə qəsəbəsində qeydə alınıb.

Bakı şəhər sakini, 1999-cu il təvəllüdlü Xədicə Əzimova dərman içərək intihara cəhd edib. X. Əzimova xəstəxanaya yerləşdirilib.

Polisdən həmçinin bildirilib ki, Asim Əzimov adlı şəxs fevralın 16-da bacısı Xədicə Əzimovanın itkin düşməsi ilə bağlı polisə ərizə ilə müraciət edib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində o, fevralın 17-də tapılaraq ailəsinə təhvil verilib.

Sizin Reklam Yeriniz