Əlaqə Arxiv
news Image
2015.02.23
14:40
| A A A
Evindən marixuana çıxdı

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları evində qanunsuz olaraq narkotik vasitə saxlayan rayon sakinini yaxalayıblar. Movqe.Az El TV-yə (Region TV) istinadən xəbər verir ki, daxil olan əməliyyat məlumatına əsasən, rayonun Hindarx qəsəbə sakini Rüfət Məhərrəm oğlu Məmmədovun evinə baxış keçirilib. Baxış zamanı onun evindən ümumi çəkisi 800 qram olan qurudulmuş marixuana aşkarlanıb. Rüfət Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Sizin Reklam Yeriniz