Əlaqə Arxiv
news Image
2015.02.24
09:30
| A A A
Bakıda 69 yaşlı qadın küçədə öldü

Gecə saatlarında paytaxtın Nərimanov rayonu Ağa Neymətulla küçəsində naməlum səbəbdən qadın dünyasını dəyişib. APA-nın məlumatına görə, bədbəxt hadisə Nərimanov metrosunun qarşısında baş verib. 69 yaşlı Şərafət Səlimova yolu keçmək istəyərkən səhhətində yaranan problemdən müvazinətini itirərək yerə yıxılıb. Ətrafdakıların müdaxiləsinə baxmayaraq qadının həyatını xilas etmək mümkün olmayıb. Dərhal əraziyə Nərimanov rayon polis idarəsinin əməkdaşları və təcili tibbi yardım çağırılıb. Mərhumun qohumları polislər tərəfindən hadisə yerinə çağırılaraq bədbəxt hadisə barədə məlumatlandırılıb. Meyit isə, müayinə olunması üçün Nərimanov rayon morquna aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Sizin Reklam Yeriniz