Əlaqə Arxiv
news Image
2015.02.24
15:25
| A A A
Prokuror dələduz hakimə 10 il iş istədi

Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində dələduzluq və rüşvətxorluqda təqsirləndirilən keçmiş hakim Həsən Əliyev barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Movqe.az xəbər verir ki, Vəkil İradə Cavadovanın APA-ya verdiyi məlumata görə, prosesdə dövlət ittihamçısı çıxış edib. O, təqsirləndirilən şəxslərdən Elman Məmmədovun 12 il, Taleh Süleymanovun 9il, Həsən Əliyevin isə 10 il müddətinə azadlıqdan məhrum edilmələrini istəyib.

Proses martın 2-də davam etdiriləcək.

İttiham aktına görə, Rusiyadan gələn iş adamı Ramazan Səlimov işə düzəlmək üçün 2011-ci ildən tanıdığı Elman Məmmədova müraciət edib. E.Məmmədov isə onu Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimiHəsən Əliyevlətanış edib.Həsən ƏliyevR.Səlimovdan işə düzəltmək adı ilə 600 min manat pul alıb. Lakin sonradan pulu qaytarmayıb. Bundan sonra R.Səlimov polisə şikayət edib. Şikayət əsasında cinayət işi başlanıb və E. Məmmədov həbs olunub. Daha sonra məlum olub ki, Taleh Süleymanov adlı şəxs də cinayətdə iştirak edib və o da həbs edilib.

İstintaq dövründəHəsən Əliyevəqarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmə) maddəsi ilə bərabər, Cinayət Məcəlləsinin 312-ci (rüşvət vermə) maddəsi ilə də ittiham elan olunub. Lakin barəsində həbs-qətimkan tədbiri seçilməyib.

Prezidentİlham ƏliyevHəsən Əliyevinsəlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında sərəncam imzalayıb. Buna səbəb kimiHəsən Əliyevin qanunvericiliyin tələblərini dəfələrlə kobudcasına pozması göstərilib.

Sizin Reklam Yeriniz