Əlaqə Arxiv
news Image
2015.02.24
18:50
| A A A
Arvadını gülləyən şəxsə - AĞIR CƏZA

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını öldürməyə cəhddə ittiham olunan Seyran Tahirovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Movqe.az-ın məlumatına görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Hakimlər kolegiyasının qərarı ilə Seyran Tahirov 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə keçən il Abşeron rayonu, Saray qəsəbəsində baş verib. Məhbubə Tahirova odlu silahdan açılan atəş nəticəsində xəsarət alıb. Vaxtında xəstəxanaya çatdırılan qadının həyatını xilas etmək mümkün olub.

Polisin keçirdiyi əməliyyat nəticəsində cinayəti törədən Seyran Tahirovdur. M.Tahirovanın həyat yoldaşı olan Seyran Tahirov ilkin ifadəsində bildirib ki, Məhbubə ilə hadisədən bir neçə ay əvvəl ayrılıb:

"Məhbubə sözümə baxmırdı. Buna görə də onu güllələdim. Yaxşı at özünə qamçı vurdurmaz".

Sizin Reklam Yeriniz