Əlaqə Arxiv
news Image
2015.02.25
14:10
| A A A
11 yaşlı oğlanı zorlayan 56 yaşlı kişinin cəzası açıqlandı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində seksual xarakterli zorakılıq əməllərində təqsirli bilinən, Bakı şəhər sakini, 1959-cu il təvəllüdlü Eldar Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.Movqe.az-ın məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının qərarı ilə E. Cəfərov 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.


Qeyd edək ki, Eldar Cəfərov keçən il özünün işlətdiyi kiçik ticarət köşkündə azyaşlı oğlana təcavüz edib. O, Xırdalan şəhər sakini 11 yaşlı Samiri (ad şərtidir) zorlayıb. Hadisə ilə bağlı azyaşlının anası Abşeron Rayon Polis Şöbəsinə məlumat verib. Daha sonra Eldar Cəfərov həbs edilib və araşdırmalarla onun cinayəti sübuta yetirilib.

Sizin Reklam Yeriniz