Kişi küçənin ortasında canını tapşırdı
Bakıda küçədə meyit tapılıb. Dünən günorta Nəsimi rayonu Alı Mustafayev küçəsi 10 saylı ünvanın yanında 54 yaşlı Bakı sakini Eynulla Nəbiyev küçənin ortasında ölüb.
Rayon Prokurorluğundan Movqe.Az-a verilən məlumata görə, hazırda araşdırma gedir. Ölümün səbəbləri məlum deyil.