Əlaqə Arxiv
news Image
2015.02.26
13:15
| A A A
Keçmiş məhkum narkotik və silahla yenidən tutuldu

Paytaxtda keçmiş məhkumdan narkotik vasitə və silah götürülüb

Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə, Nizami Rayon Polis İdarəsi Cinayət-Axtarış Şöbəsi və 25-ci Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş, 1963-cü il təvəllüdlü İvan Petroviç Şitovdan 1,27 qram həşiş qətranı və "İJ-K" markalı, 16 kalibrli, qundağı və lüləsi kəsilmiş vəziyyətdə silah aşkar olunaraq götürülüb.


Faktla bağlı araşdırma aparılır.

Sizin Reklam Yeriniz