Əlaqə Arxiv
news Image
2015.02.26
14:30
| A A A
Gümrü yenə qarışır

Ermənistanın Gümrü şəhərində bu il yanvarın 12-də qətlə yetirilən Avetisyan ailəsinin qohumları cinayətkar hərbi qulluqçu Valeri Permyakovun Rusiya tərəfindən Ermənistanın hüquq-mühafizə orqanlarına verilməsini tələb edirlər.


Movqe.az-ın məlumatına görə, bu barədə Avetisyanın qızı Lusine Avetisyan bu gün keçirdiyi mətbuat konfransında bildirib.


O deyib ki, "mən Valeri Permyakovun Ermənistanın hüquq-mühafizə orqanlarına təhvil verilməsini tələb edirəm".


Avetisyan ailəsinin qanuni varislərinin maraqlarını qoruyan vəkil Yerem Sarkisyan bildirib ki, istintaqın ilkin nəticəsi açıqlanmalı, xüsusilə sərhədi qanunsuz keçməyə cəhd faktı üzrə cinayət işi üzrə Valeri Permyakovun Ermənistanın hüquq-mühafizə orqanlarına təhvil verilməsi təmin olunmalıdır.


Vəkil söyləyib ki, Rusiya tərəfi mövcud qanuna əsaslanaraq V.Permyakovu Ermənistan tərəfinə verməkdən imtina edir.


"Bu məsələ ilə bağlı hansı addımlar atacaqsınız?" sualına Avetisyanın qanuni varisləri bildiriblər ki, bu axşam onlar Ermənistan Baş Prokurorluğuna müraciət edəcəklər. Bundan sonra gələcək addımlar müzakirə olunacaq.


Xatırladaq ki, bu il yanvarın 12-də Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının əsgəri Valeri Permyakov Gümrü şəhərində yeddi nəfərlik ailəni öldürüb.

Sizin Reklam Yeriniz