Əlaqə Arxiv
news Image
2015.02.27
10:10
| A A A
Türk sərhədçi 3 hərbçini güllələdi

Öldürülən hərbçilərdən ikisinin çavuş, birinin isə sıravi əsgər olduğu bildirilib

Türkiyədə əsəb gərginliyi keçirən hərbçi 3 yoldaşını güllələyərək öldürüb.


Movqe.az-ın "İhlas" xəbər agentliyinə (İHA) istinadən verdiyi məlumata görə, hadisə Ağrı vilayətinin Doğubəyazid rayonundakı hərbi hissələrdən birində baş verib.


Hadisə barədə açıqlama verən Ağrı meriyası yerli vaxtla saat 23 (Bakı vaxtıyla saat 1) radələrində "Gökay" sərhəd zastavasına bağlı "Şəhid Fehmi Altınordu" sərhəd birliyində əsgərlərdən birinin əsəb gərginliyi keçirərək tüfənglə eyni pozisiyada olan 3 əsgəri vuraraq öldürdüyünü bildirib.


Açıqlamada öldürülən hərbçilərdən ikisinin çavuş, birinin isə sıravi əsgər olduğu bildirilib.

Sizin Reklam Yeriniz