Əlaqə Arxiv
news Image
2015.02.27
13:05
| A A A
Bakıda hesab üstündə qanlı dava

Bakıdakı kafelərdən birində müştərilərlə işçilər arasında dava düşüb.

Faktla bağlı cinayət işi başlanıb.

Bakıdakı kafelərdən birində müştərilərlə işçilər arasında dava düşüb.

Movqe.az xəbər verir ki, hadisə Xətai rayonunda, "Əhmədli" metrosunun yaxınlığındakı "Yaşıl tala" kafesində baş verib.

Kafeyə yeyib-içməyə gələn bir neçə nəfər hesabı ödəmək üstündə oranın işçiləri ilə mübahisə ediblər. Sonradan mübahisə əlbəyaxa davaya keçib. Müştərilərdən biri bıçaqla kafenin işçiləri olan 31 yaşlı Seymur Məhərrəmovu və 29 yaşlı Sadiq Məmmədovu yaralayıb.

Hər iki yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Onlar bədənlərinin bir neçə yerindən bıçaq xəsarəti alıblar.

Xətai Rayon Polis İdarəsindən bildirildi ki, hazırda istintaq gedir.

Faktla bağlı cinayət işi başlanıb.

Sizin Reklam Yeriniz