Əlaqə Arxiv
news Image
2015.03.05
14:10
| A A A
ABŞ dağılır: 7 ölü, 199 yaralı

ABŞ-da pis hava şəraiti 7 nəfərin həyatına son qoyub. Movqe.az xəbər verir ki, Ohayo ştatında tuğyan edən və cənuba doğru irəliləyən soyuq hava kütləsi bir çox bölgələrdə qar fırtınasına səbəb olub. Fırtına nəticəsində 7 nəfər həlak olub, 199 nəfər yaralanıb.

Fırtına hava limanlarının da işini iflic edib. Dallasdakı "Fort Vorth" beynəlxalq hava limanında 600 uçuş ləğv edilib.

"Çikaqo O'Hare" beynəlxalq hava limanında isə ləğv edilən uçuşların sayı 400-ü ötüb. "Çikaqo Midvay" hava limanı isə 60 uçuşu təxirə salmalı olub.

Pis hava şəraitinə görə, yüzlərlə məktəb müvəqqəti dayandırılıb.

Sizin Reklam Yeriniz