Əlaqə Arxiv
news Image
2012.08.09
16:02
| A A A
“Twitter” vasitəsiylə Tysona ölüm təhdidi

Movqe.Az xəbər verir ki, ABŞ-da keçmiş məşhur boksçu və hazırkı "stend-up komediya" ustası Mayk Tayson, "Twitter"n gələn təhdidlərə görə Nyu York polisinə müraciət edib.

"Twitter"ə məhkəmə əmri

İki həftə əvvəl Koloradonun Avrora şəhərində "Batman-Qara Cəngavər Yüksəlir" filminin qalasında 12 adamın öldüyü silahlı hücumun xatırladan təhdid mesajlarında, Taysonun Nyu Yorkda başlayacağı şounun da eyni şəkildə dağılacağı iddia edilir. Eyni anonim hesabdan göndərilən mesajların birincisində, "İnsanlar bu zibildən bir zarafat deyil, Avroradakı kimi ölüm görəcək" deyilir. Bir neçə gün sonra göndərilən ikincisində "İndi Floridada ayin edirəm, amma söz verirəm basqını edəcəyəm, indi vurulacaq insanların siyahısını hazırlayıram" deyilir. Nyu York polisi, hesabın sahibini öyrənmək üçün "Twitter"ə müraciət edib, ancaq uğursuz cavab alıb. Buna görə məhkəmə əmri gözləyən polis indi təhdidçinin arxasına düşüb.

Sizin Reklam Yeriniz