Əlaqə Arxiv
news Image
2015.03.11
18:20
| A A A
Bakıda iş adamı özünü ofisində güllələdi

Hadisə zamanı qapı içəridən bağlı olub.

Baş Prokurorluq Yasamal rayonu ərazisində odlu silahdan açılan atəş nəticəsində dünyasını dəyişən kişi meyiti tapılıb.

Movqe.az xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun ANS PRESS-ə verdiyi məlumata görə, bu gün səhər 11 radələrində Yasamal rayonu ərazisində güllələnmiş kişi meyitinin kimliyi məlum olub.

Bu 1974-cü il təvəllüdlü Füzuli Qasımovdur. O, icarəyə götürdüyü ofisdəki iş otağında odlu silahdan ürək nahiyəsinə almış güllə yarasında ölüb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Yasamal rayon prokuroru, prokurorluğun əməkdaşları, prokuror-kriminalist, məhkəmə-tibbi ekspertin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçiriblər.

Məlum olub ki, hadisə zamanı qapı içəridən bağlı olub. Şirkətin digər əməkdaşları isə iş otaqlarında olublar.

Faktla bağlı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanıb. İş üzrə müvafiq ekspertizalar təyin edilib, hadisənin motivləri və baş vermə səbəbləri istintaq yolu ilə araşdırılır.

Qeyd edək ki, bəzi kütləvi informasiya vasitələrində bildirilir ki, hadisə F.Qasımovun rəhbərlik etdiyi tikinti materiallarının satışı üzrə şirkətin ofisində baş verib.

Sizin Reklam Yeriniz