Əlaqə Arxiv
news Image
2012.08.24
16:00
| A A A
Bakıda dəhşət
Qızlar atalarını 15 gün ac-susuz saxladılar Bakının Nərimanov rayonunda dəhşətli olay baş verib. Rayonun hüquq-mühafizə orqanlarından verilən məlumata görə, avqustun 24-də Nərimanov rayon Polis İdarəsinin 16-cı polis bölməsinə ərazidəki mənzillərin birində ölümcül vəziyyətdə olan kişi barədə məlumat daxil olub.

Deyilən ünvana yollanan əməliyyatçılar yaşlı bir kişini huşsuz vəziyyətdə aşkar edərək dərhal Əfəndiyev adına xəstəxanaya çatdırıblar. Burada həkimlərin müdaxiləsindən sonra yaşlı kişinin həyatını xilas etmək mümkün olub. Həmin şəxs ayıldıqdan sonra polisə verdiyi ifadəsində bildirib ki, onu bu vəziyyətə doğma qızları salıb.

Polisdən əldə etdiyimiz məlumata görə, qızları Səbinə və Aysel öz doğma ataları Rahib Məmmədovu evlərində girov kimi ac-susuz saxlayıblar. Təxminən 15 gün qızlarının əsirinə çevrilən R.Məmmədovun vəziyyəti ağırlaşdıqda onlar bu barədə təcili yardıma, təcili yardım isə polisə məlumat verib. Lakin maraqlıdır ki, Rahib Məmmədov doğma övladlarının ona qarşı etdiyi əməldən şikayətçi olmadığını və onları bağışladığını bildirib. Qızları isə atalarına qarşı atdıqları bu vəhşi addımı belə izah ediblər ki, R.Məmmədov onları incidib təqib edir, geyimlərinə və evdən bayıra çıxmalarına görə irad tuturmuş. Onlar da atalarının köməksiz vəziyyətindən istifadə edərək, bu yolla ondan qisas alıblar. Lakin onu öldürmək məqsədləri olmayıb. Ən maraqlısı odur ki, Rahib Məmmədovun qızları tərəfindən girov götürülüb bu vəziyyətə salınmasından və onun 15 gündür ac-susuz saxlanılmasından həyat yoldaşının da xəbəri olub. Lakin ömür-gün yoldaşı əri R.Məmmədova rəhm etməyib və qızlarının əməli barədə heç yerə məlumat verməyib. Hazırda hadisə ilə bağlı Nərimanov RPİ 16-cı polis bölməsində təhqiqat aparılır.
Sizin Reklam Yeriniz