Əlaqə Arxiv
news Image
2012.09.03
15:13
| A A A
Arif Quliyev xəstəxanaya qaldırıldı

Azərbaycanın xalq artisti Arif Quliyevin səhhətində problem yaranıb. Dünən gecə saat 23.00 radələrində Ağcabədi rayonuna yas mərasiminə gedən xalq artistinin səhhəti Ucar-Zərdab avtomobil yolunda qəflətən pisləşib. Arif Quliyev yaxınlıqdakı Zərdab Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Xəstəxananın baş həkimi Ruslan Nemətov mediaya Arif Quliyevin tibb müəssisəsinə hipertonik-kriz diaqnozu ilə daxil olduğunu bildirib. Ona ilkin tibbi yardım göstərilib. Vəziyyəti normallaşandan sonra Arif Quliyev təcili yardım maşını ilə Bakıya yola salınıb.

Sizin Reklam Yeriniz