Əlaqə Arxiv
news Image
2012.09.10
12:24
| A A A
Azərbaycan MTN-in iki əməkdaşını maşın vurub, onlardan biri ölüb
Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarını maşın vurub.
Bu barədə APA-ya Səbail Rayon Polis İdarəsindən bildirilib.
Hadisə sentyabrın 8-də MTN-in binası qarşısında baş verib. Bakı şəhər sakini, 1957-ci il təvəllüdlü Eldar Hüseynov idarə etdiyi "Toyota" markalı avtomobillə nazirliyin əməkdaşları -1984-cü il təvəllüdlü Zülfiyyə Ələsgər qızı Nəsirova və 1988-ci il təvəllüdlü Kəmalə Əhliman qızı Cavadovanı vurub. Nəticədə piyadalardan Z. Nəsirova hadisə yerindəcə keçinib. Digər piyada K. Cavadova isə ağır xəsarətlə xəstəxanaya yerləşdirilib.
Hadisəni törədən sürücü şübhəli şəxs qismində saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.
Sizin Reklam Yeriniz