Əlaqə Arxiv
news Image
2015.06.04
12:00
| A A A
İŞİD 3 nəfəri kütlənin qarşısında vəhşicəsinə edam etdi
İŞİD silahlıları bir bölgədə nəzarəti itirmək üzrə olanda bu cür edamlarla yerli əhalini qorxutmağa çalışır.

İŞİD silahlıları İraqda 3 nəfəri geniş xalq kütləsinin qarşısında hündür binanın damından yerə ataraq vəhşicəsinə edam edib. Movqe.az-ın "Sputnik"ə istinadən verdiyi məlumataü görə, hadisə Mosul şəhərinin mərkəzindəki Cümhuriyyət prospektində baş verib.

Mənbənin bildirdiyinə görə, İŞİD silahlıları mavi (gey) olmaqda ittiham etdiyi 3 nəfəri gözləri bağlı vəziyyətdə Milli sığorta şirkətinə aid 10 mərtəbəli binanın damından aşağıya atıb.

Silahlılar edamdan əvvəl izdiham qarşısında çıxış edərək öldürülən 3 nəfərin günahları barədə məlumat veriblər.

İraqlı istefada olan polkovnik Saleh Həmid bildirib ki, İŞİD silahlıları bir bölgədə nəzarəti itirmək üzrə olanda bu cür cəza və edamlarla yerli əhalinin gözünü qorxutmağa çalışır.







Sizin Reklam Yeriniz