Əlaqə Arxiv
news Image
2015.06.08
12:25
| A A A
Dəhşətli avtobus qəzasından yeni xəbər (VİDEO)-ÖZƏL
Dünən Bakıda baş verən dəhşətli qəzadan yeni videolar təqdim olunub

Movqe.az-ın verdiyi məlumata görə, Bakının Sabunçu rayonunda "Shacman" markalı yük avtomobili ilə "Daewoo" markalı avtobus toqquşub.

Nəticədə, avtomobillər deformasiyaya uğrayıb. Hər iki avtomobilin sürücüsü xəsarət alıb. "Daewoo" markalı avtobusda olan 1 sərnişin isə aldığı müxtəlif bədən xəsarətləri nəticəsində hadisə yerində vəfat edib.

Xilasedicilər yaralıları və cəsədi avtomobildən çıxarıb, aidiyyəti üzrə təhvil veriblər.

Qeyd edək ki, bu gün Bakının Sabunçu-Zabrat yolunda "Shacman" markalı yük maşını 214 saylı "Daewoo" markalı avtobusla toqquşub. Hadisə Zabratdan şəhərə gələn istiqamətdə ensiz yolda baş verib.

Movqe.az həmin videoları sizə təqdim edir:




Sizin Reklam Yeriniz