Əlaqə Arxiv
news Image
2015.06.17
12:55
| A A A
Qızı atın quyruğuna bağladılar – Cəlilabadda dəhşət
Cəlilabad rayonunda dəhşətli hadisə baş verib.

Movqe.az-ın xəbər verir ki, hadisə şahidlərinin verdikləri məlumata görə, rayonun Alar kəndində gənc qız faciəvi şəkildə ölüb. Deyilənlərə görə, qızı atın quyruğuna bağlayaraq uzun müddət yerlə sürüyüblər. Hadisə nəticəsində qız ölüb.


Cəlilabad rayon polis şöbəsindən və Prokurorluğundan faktı təsdiqləyiblər. Lakin hadisə barədə hələlik ətraflı məlumat verilməyib. Qızın kim tərəfindən atın quyruğuna bağlandığı bilinmir. 


Faktla bağlı rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

Sizin Reklam Yeriniz