Əlaqə Arxiv
news Image
2015.07.09
18:18
| A A A
Ramil Usubov rəisi işdən qovdu - Nöqsanlara görə
Şamaxının yol polis rəisi Mübariz Fətəliyev tutduğu vəzifədən azad olunub. Movqe.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin rəis müavini Ehsan Zahidov AzVision.az-a açıqlamasında bildirib ki, polis rəisi daxili işlər naziri, general-polkovnik Ramil Usubov tərəfindən bölmənin xidməti fəaliyyətində yol verdiyi nöqsanlara görə vəzifədən azad olunub və sərəncama götürülüb. 

DİN rəsmisi bildirib ki, həmin idarədə çalışan bir neçə əməkdaş da inzibati qaydada cəzalandırılıb. E.Zahidov onu da qeyd edib ki, bəzi mətbuat orqanlarında polis rəisinin işdən çıxarılmasına göstərilən səbəblərin hamısı uydurmadır.

Qeyd edək ki, mətbuatda yayılan məlumatlara görə, Mübariz Fətəliyevin işdən çıxarılmasının səbəbi Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənovla bağlıdır.

İddia olunub ki, bu günlərdə Şamaxıya gedən Kərəm Həsənovun avtomobili yerli yol polisləri tərəfindən saxlanılıb. Kərəm Həsənovu tanımayan polislər onunla kobud danışıb. Sonradan maşınını saxladıqları şəxsin yüksək vəzifəli məmur olduğunu bildikdə üzrxahlıq ediblər. Lakin Kərəm Həsənov bununla kifayətlənməyib. O, yol polisləri barədə DİN rəhbərliyinə şikayət edib. Bundan sonra Mübariz Fətəliyev işdən çıxarılıb.

Sizin Reklam Yeriniz