Bakıda zəncirvari qəza
Bakıda yol qəzası qeydə alınıb. APA-nın məlumatına görə, hadisə paytaxtın Nizami rayonunda, Babək prospektində qeydə alınıb. Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü Elçin Şəfiyevin idarə etdiyi "Toyota Corolla", 1971-ci il təvəllüdlü Azər Əliyevin idarə etdiyi "Mercedes", 1991-ci il təvəllüdlü Elxan Hüseynovun idarə etdiyi "Hyundai" markalı avtomobillər toqquşub. Qəza nəticəsindən E. Şəfiyev, A. Əliyev və sərnişinləri Firəngiz Məmmədova xəsarətlə Travmatologiya İnstitutuna yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.