Əlaqə Arxiv
news Image
2015.07.23
15:30
| A A A
1276 yəhudinin qatili mühakimə olunacaq

Bu yaxınlarda Almaniyanın Hanau şəhərində Ernst T. adlı 92 yaşlı keçmiş "SS" zabitinin məhkəməsi keçiriləcək. O, "Auşvits" ölüm düşərgəsində təşkilatçılıq işlərində əli olan biri kimi ittiham olunur. AzVision.az `Bild` qəzetinə istinadən məlumat verir ki, Ernst 19-20 yaşlarında ikən 1942-ci ildən 1944-cü ilə qədər "Auşvits"də əsirlərin məhv edilməsi üzrə nəzarətçi olub. Məhkəmə onu 1276 nəfər yəhudinin kütləvi qətlində günahkar bilir. Ernst özü bu haqda danışmaq istəmədiyini və "SS" sıralarına könüllü yazılmadığını bildirib. O deyib ki, müharibədə onun qızı və oğlunu öldürüblər. II Dünya Müharibəsindən 70 il keçməsinə baxmayaraq, vaxtilə Stassburq şəhərində saxlanılmış əsirlərə aid fizioloji nümunələr hələ də qalmaqdadır. Məhkəmə tibbi ekspetiazası həmin əsirlərə aid dəri və digər nümunələri yoxlayacaq ki, Ernst T.-nin günahkar olduğunu tam sübut etsin. Bilindiyi kimi, nasist Almaniyasnın Stassburq şəhərində anatomiya laborotoriyası olub. Oranın rəhbəri həkim August Hirt isə isttiham olunan "SS" zabiti Ernsti "Auşvits"dən 86 nəfər əsir gətirmək üçün şəxsən göndərib. Əsirlərin skeletlərindən laborotiyada anatomik tibbi ləzavazimat kimi istifadə olunub. Həmin əsirlərin aqibəti də məhkəmə tərəfindən araşdırılmaqdadır.

Qeyd edək ki, bu, artıq üçüncü "Auşvits prosesi"dir. Bundan əvvəl isə 94 yaşlı keçmiş "SS" müsahibatçısı Oskar Göringin məhkəməsi baş tutub. O, da "Auşvits"də törədilən vəhşiliklərə görə mühakimə olunub.

Sizin Reklam Yeriniz