Əlaqə Arxiv
news Image
2015.07.23
21:30
| A A A
İŞİD dünya çempionunu edam etdi
Tayboksinq üzrə iki qat dünya çempionunun iki qızı yetim qaldı.

Tayboksinq üzrə iki qat dünya çempionu Valdet Qaşinin İŞİD tərəfindən edam edildiyi bildirilir. ANS PRESS-in məlumatına görə, Kosovoda anadan olmuş alban əsilli Valdet Ənvər Qaşi ailəsini Almaniyada buraxıb İŞİD terrorçularına qoşulmuşdu. Onun silahlı qruplaşmanı tərk etmək istədiyinə görə öldürüldüyü ehtimal edilir. Bir neçə həftə əvvəl ailəsi İsveç televiziyasına Qaşinin iyulun 4-də Suriyada öldüyünü söyləmişdi. Lakin dünya çempionunun ölüm səbəbi dəqiq olaraq müəyyən edilməmişdi.

Suriya İnsan Haqlarını İzləmə Təşkilatı etibarlı qaynaqlara istinad edərək, Qaşinin bir başqa qrupla birlikdə Hələbdən qaçarkən həbs olunduğunu və Münbiç şəhərində İŞİD tərəfindən öldürüldüyünü bildirir. Lakin mərkəzi Londonda yerləşən təşkilat bir başqa qaynaqdan Qaşinin həyatda olduğu barədə xəbər aldığını bildirir. Xəbərə görə, o, təşkilatdan qaçmağa çalışır. 1986-cı ildə Priştinada anadan olmuş 29 yaşlı Valdet Qaşi bu ilin yanvar ayında İŞİD-ə qoşulub. İki qızından və həyat yoldaşından ayrılan idmançı daha əvvəl verdiyi bir müsahibədə "Xeyir yolunda ölərsəm, əlbəttə xoşbəxt olaram", - deyə bildirmişdi.


Sizin Reklam Yeriniz