Əlaqə Arxiv
news Image
2012.09.27
12:41
| A A A
İRNA-nın rəhbəri həbs edilib
Cavanfəxr ali dini lider Əli Xameneyini təhqir edib

İran prezidentinin KİV-lə əlaqə üzrə müşaviri Əli Əkbər Cavanfəxr ölkənin ali dini lideri Əli Xameneyini təzqir etdiyinə görə altı ay müddətinə azadlıqdan məhrum edilib. O, Tehran həbsxanasına göndərilib. Məlumatı İRNA agetnliyi yayıb. Yeri gəlmişkən, Əli Əkbər Cavanfəxr həm də bu agentliyin rəhbəridir.

Bu ilin yanvarında Tehranın inqilab məhkəməsi Əli Əkbər Cavanfəxri bir il müddətinə azadlıqdan məhrum etmişdi. Lakin müdafiə tərəfinin apellyasiyasından sonra hökm yüngülləşdirilib və altı aylıq həbslə əvəz edilib. Bununla belə, prezidentin müşafirinin Əli Xameneyini nə vaxt və harada təhqir etdiyi açıqlanmır.

Məhkəmənin qərarı ilə Əli Əkbər Cavanfəxr beş il ərzində siyasi patiyalar, qruplar, assosiasiyalar, eləcə də, KİV-in fəaliyyətində iştirak edə bilməz.

Sizin Reklam Yeriniz