Bir qrup suriyalı Azərbaycana qanunsuz keçməyə cəhd etdi
Gürcüstanın sərhəd polisinin əməkdaşları Gürcüstan-Azərbaycan dövlət sərhədini qanunsuz keçməyə cəhd etdiklərinə görə Suriyanın üç vətəndaşını saxlayıb. Bu barədə oxu.az "Sputnik-Georgia" saytına istinadla xəbər verir. "İstintaq müəyyən edib ki, saxlanılan şəxslər sərhəd keçid məntəqəsindən yan keçməklə Gürcüstan sərhədini Azərbaycan respublikası istiqamətinə qanunsuz keçməyə cəhd ediblər", - Gürcüstanın Daxili İşlər Nazirliyinin məlumatında deyilir. Gürcüstan sərhədini qrup şəklində qanunsuz keçməyə cəhd faktı üzrə istintaqı sərhəd polisinin Baş istintaq-əməliyyat idarəsi aparır. Suriyalıları dörd ildən beş ilədək həbs gözləyir.