Əlaqə Arxiv
news Image
2015.08.10
17:08
| A A A
"Qəbələ": Cavid Hüseynovla bağlı qərar istintaqdan sonra veriləcək

Onun heyətdən uzaqlaşdırılmasının simvolik olması barədə yayılan xəbərlərin əsası yoxdur

"Futbolçu Cavid Hüseynovun "Qəbələ" klubunun heyətindən uzaqlaşdırılmasının simvolik olması barədə yayılan xəbərlərin əsası yoxdur və bunlar şayiədir". Movqe.az xəbər verir ki, bu barədə "Report"a "Qəbələ" klubundan bildirilib. Klubdan qeyd olunub ki, hazırda C.Hüseynovun "Qəbələ" ilə heç bir bağlılığı yoxdur: "İstintaq müddəti bitənədək futbolçu komandaya qayıtmayacaq. Yalnız istintaqın nəticəsinə əsasən, futbolçunun kluba qəbul edilib-edilməyəcəyinə dair qərar veriləcək".

Qeyd edək ki, avqustun 8-də saat 18 radələrində Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü jurnalist Rasim Əliyev Səbail rayonu, Bayıl qəsəbəsi ərazisində fəaliyyət göstərən "Bayıl market" mağazasının qarşısında bir qrup naməlum şəxslər tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib və aldığı xəsarətlərdən avqustun 9-da saat 05 radələrində orada vəfat edib.

Faktla bağlı Bakı şəhər prokurorluğunun İstintaq idarəsində Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, şəhər prokurorluğu və şəhər Baş Polis İdarəsinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

Jurnalist Rasim Əliyev xəstəxanada verdiyi müsahibədə "Qəbələ" klubunun futbolçusu Cavid Hüseynovun qohumları tərəfindən döyüldüyünü bildirib.

Sizin Reklam Yeriniz