Əlaqə Arxiv
news Image
2015.08.12
13:36
| A A A
Cəzaçəkmə müəssisəsinə gətirilmiş kartofun içindən görün nə çıxdı?

Bakıda məhkuma gətirilmiş sovqatdan, kartofun içərisindən kustar üsulla yerləşdirilmiş 1,27 qram narkotik vasitə - marixuana aşkarlanıb. Movqe.az-a Ədliyyə Nazirliyinin Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində Bakı istintaq təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 maddəsinə əsasən azadlıqdan məhrum edilmiş Emin Əsəd oğlu Əliyevin yanına sovqat gətirmiş Bakı şəhəri, A.Ağayev küçəsi, ev 50 ünvanında yaşayan vətəndaş Orucəli Samir oğlu Məmmədovun gətirdiyi sovqata baxış keçirilib. Bu zaman bir ədəd kartofun içərisinə kustar üsulla yerləşdirilmiş bir ədəd sellofana bükülmüş xalis çəkisi 1,27 qram olan narkotik vasitə - marixuana aşkar edilərək götürülüb.  Fakt üzrə araşdırma aparılır. 

Sizin Reklam Yeriniz