Əlaqə Arxiv
news Image
2015.08.13
23:00
| A A A
Bakıda Pakistan vətəndaşı Türkiyə vətəndaşının pulunu oğurlayıb

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsində araşdırmalar davam etdirilir

Bakıda Pakistan vətəndaşı Türkiyə vətəndaşının pulunu oğurlayıb. Movqe.az-ın "Report"-a istinadən xəbərinə görə, hadisə Suraxanı rayonunun E.Bəkirli küçəsində baş verib.

Belə ki, həmin evdə kirayədə yaşayan 38 yaşlı Türkiyə vətəndaşı Cabbar Yağcı 300 manat pulunun oğurlanması barədə polisə məlumat verib. Keçirilən əməliyyat zamanı hadisənin onunla eyni evdə yaşayan Pakistan vətəndaşı, 29 yaşlı Muhammad Müdassar tərəfindən törədildiyi məlum olub.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsinin (RPİ) 32-ci Polis Bölməsində (PB) araşdırmalar davam etdirilir.


Sizin Reklam Yeriniz