Əlaqə Arxiv
news Image
2015.08.20
18:30
| A A A
Fırıldaqçı saxta sənədlə 3 avtomobil satdı

Gəncə şəhər sakininin sənədləri saxtalaşdıraraq avtomobil satdığı üzə çıxıb. Movqe.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Seymur Rzayev adlı şəxs saxta etibarnamə tərtib edərək Sumqayıt şəhər sakinləri Nurəddin Vəliyevə məxsus "Mercedes", Şahin Ələkbərova məxsus "Mercedes" və Gəncə şəhər sakini Şamil Abbaslıya məxsus "Ford" markalı avtomobilləri satıb. Onun bu əməlləri Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşları tərəfindən müəyyən edilib. Araşdırmalar davam etdirilir.


Sizin Reklam Yeriniz