Avropa İnsan Haqları Məhkəməsi azərbaycanlı jurnalistin işi üzrə qərarını açıqlayıb
Avropa İnsan Haqları Məhkəməsi
azərbaycanlı jurnalist Ramiz Nəcəflinin işi üzrə qərarını
açıqlayıb. APA-nın məhkəmənin
mətbuat xidmətinə istinadən yaydığı xəbərə görə, AİHM iddiaçıya
vurulan mənəvi zərərlə əlaqədar ona 10 min avro ödənməsinə qərar
verib. Bundan başqa, R. Nəcəfliyə məhkəməyə müraciətlə əlaqədar
çəkdiyi xərclərin kompensasiyası qismində 3 min avro
ödənməlidir.
1967-ci il təvəllüdlü Azərbaycan vətəndaşı, "Boz Qurd" qəzetinin redaktoru R. Nəcəfli 2005-ci il oktyabrın 9-da keçirilən nümayişin dağıdılması zamanı zorakılığa məruz qaldığını əsas gətirərək AİHM-ə müraciət edib. Jurnalist Avropa İnsan Haqları Konvensiyasının 3-cü (qeyri-insani rəftar və insan ləyaqətini alçaldan hərəkətlərin qadağan olunması) və 10-cu (söz azadlığı) maddələrində nəzərdə tutulan hüquqlarının pozulduğunu, polisin ona qarşı ifrat güc tətbiq etdiyini və sonradan bununla bağlı aparılan araşdırmanın qeyri-effektiv olduğunu bildirib.