Əlaqə Arxiv
news Image
2015.08.22
18:30
| A A A
Təqaüd almağa getdi, meyiti göldə tapıldı
İsmayıllıda göldə 59 yaşlı kişinin meyiti tapılıb.

Movqe.az "Kanal S"ə istinadən xəbər verir ki, bu gün səhər saatlarında İsmayıllının Kürdmaşı kəndi ərazisindəki göldə kişi meyiti aşkarlanıb.


Aparılan ekspert araşdırması nəticəsində cəsədin rayonun Hacıhətəmli kənd sakini, 1956-ci il təvəllüdlü Rüstəmov Füzuli Mirzəfər oğluna məxsus olduğu məlum olub.


Cəsəd sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.


İsmayıllı Rayon Şəhər Polis Şöbəsindən verilən məlumata görə, mərhum sonuncu dəfə 20 avqust tarixində təqaüdünü almaq məqsədilə evdən çıxıb və geri dönməyib.


Sizin Reklam Yeriniz