Əlaqə Arxiv
news Image
2015.08.24
14:35
| A A A
Müsəlmanlara qarşı rentgen şüalı qətliam planı

Movqe.az xəbər verir ki, Albanyada yaşayan və Amerika enerji şirkəti General Electricdə texnik olaraq çalışan 51 yaşındakı Crawfordun cəzası 15 dekabrda açıqlanacaq. Crawford, 25 ilə qədər həbs cəzası ala bilər.

Məhkəmə qərarında, iki ildir həbsdə olan irqçi Ku Klux Klan üzvü Crawfordun bir X-şüası (rentgen) cihazı hazırlayaraq, Müsəlmanları radiasiyaya məruz buraxmağı və bir neçə həftə sonra ölmələrini planlaşdırdığı ifadə edilib. Prokurorluq, məhbusun bu planları hazırlayarkən ciddi olduğunu vurğulayıb.

Prokuror Richard Hartunian, "Glendo Scott Crawford, müsəlman cəmiyyətinin günahsız üzvlərini öldürmək üçün bir kütləvi qırğın silahı əldə etməyə çalışan bir terroristdir" deyib. Crawfordun müsəlmanlardan əlavə bir hədəfinin də ABŞ prezidenti Barak Obama olduğu ifadə edilib.

Crawford, inkişaf etdirməyə çalışdığı cihaza "Elektrik düyməsində Hiroşima" adını verib. Crawford, silahını ilk olaraq bir məscidə və müsəlman tələbələr getdiyi bir məktəbə qarşı istifadə etməyi planladığı deyilib.


Sizin Reklam Yeriniz