Əlaqə Arxiv
news Image
2015.08.26
12:15
| A A A
60 yaşlı kişi özünü asdı

Zaqatalada intihar baş verib. Iki uşaq atası özünü asaraq öldürüb.

Zaqatala rayon Beretbinə kən sakinlərinin Movqe.az-a verdiyi məlumata görə, kənd sakini, 1955-ci il təvəllüdlü Mahama Ramazan oğlu Kulxayev özünü yaşadığı evin həyətindəki ağacdan asaraq öldürüb. Onun meyitini qohumları asılmış vəziyyətdə tapıblar.

Dərhal hadisə yerinə hüquq mühafizə orqanları və prokurorluq əməkdaşları cəlb edilib.

Faktla bağlı Zaqatala rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb. 60 yaşlı kişinin hansı səbəbdən intihar etməsi araşdırılır.

Bir müddət əvvəl də Xaçmaz rayonunda intihar baş vermişdi. Yalama kənd sakini 1934- cü il təvəllüdlü, Neymət Neymətov özünü yaşadığı evin həyətindəki meyvə ağacından asaraq öldürmüşdü. Araşdırmalar zamanı 81 yaşlı kişinin xərçəng xəstəsi olduğu, ağrılara dözə bilmədiyi üçün özünü öldürdüyü müəyyən edilmişdi.

Sizin Reklam Yeriniz