Əlaqə Arxiv
news Image
2015.08.28
23:00
| A A A
71 cəsədə görə 7 şəxs saxlanıldı

Avstriya polisi Slovakiya və Macarıstan sərhədi yaxınlığında tapılan cəsədlərlə bağlı araşdırmanı davam etdirir. Movqe.az "Kron"a istinadən xəbər verir ki, atılmış yük maşınında tapılan 71 miqrant cəsədi ilə əlaqəli olduğu ehtimal olunan 7 şəxs saxlanılıb.

Qeyd edək ki, avto magistrallardan birində atılan macar nömrəli avtomobildə tapılan 71 cəsədin miqrant olduğu iddia edilir. Hələ ki, Avstriya polisi cəsədlərin kimliyini müəyyən edə bilməyib. Saxlanılan şəxslərin sayı barədə məlumat verilsə də, polis hələ ki, digər məsələlər barədə susmağa üstünlük verir.

Sizin Reklam Yeriniz