Əlaqə Arxiv
news Image
2015.08.31
13:48
| A A A
Bakıda iki qardaş bıçaqlandı, onlardan biri öldü
Bakı sakini iki qardaşı bıçaqlayıb, onlardan biri ölüb.

Movqe.az xəbər verir ki, Suraxanı rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, Bakının Suraxanı rayonu ərazisində 1991-ci il təvəllüdlü İbrahim Dadaşov yaşadığı evin qarşısında mübahisə zəminində Suraxanı rayon sakinləri Elşən və Elçin İsrafilov qardaşlarına çoxsaylı bıçaq zərbələri ilə xəsarət yetirib. Yaralıların hər ikisi 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.


Lakin həkimlərin səyinə baxmayaarq qardaşlardan birinin, 1985-ci il təvəllüdlü Elşən İsrafilovun həyatını xilas edə bilməyiblər.


Faktla əlaqədar cinayət işi başlanılıb, istintaq-əməliyyat işləri aparılır.


Sizin Reklam Yeriniz