Əlaqə Arxiv
news Image
2015.09.02
11:53
| A A A
Hollandiyada bir evdən 3 Türk cəsədi tapılıb

Movqe.az xəbər verir ki, Hollandiyanın Veghel qəsəbəsindəki bir evdə iki türk qadınıyla bir qız uşağının cəsədi tapılıb. Polisə fikrinə görə, bıçaqlanaraq öldürülən insanlar ailə davasının qurbanıdır. Hadisə ilə əlaqəsi ola biləcəyi düşünülən bir nəfər saxlanılıb.

Şübhəli qismində saxlanılan şəxs, ailənin 16 yaşındakı oğlu olduğu bildirilib. Polis saxlanılan şəxsin "ailəyə yaxın biri" olduğunu söyləyib. Amma kim olduğu ilə bağlı açıqlama verməyib.

Cinayətin törədildiyi Fazantendok səmtindəki evdə, bir türk qadının 8 yaşlı qızı və 16 yaşlı oğlu ilə birlikdə yaşadığı bildirilib. Ölən digər qadın isə öldürülən qadının anası olub.

Hadisə, türk qadını ziyarətə gələn yaxınlarının uzun müddət qapını döyüb cavab ala bilməyincə polisə xəbər verməsi üzərinə ortaya çıxıb. Hadisə yerinə gələn polis evdə cəsədlərlə qarşılaşıb.

Öldürülən qadının yoldaşının bir neçə il əvvəl Türkiyədə karbon zəhərlənməsi nəticəsində həyatını itirdiyi bildirilib.

Cinayətin meydana gəldiyi küçə polis tərəfindən bağlanılıb. Şübhəlinin polisdəki sorğusu davam edir. Cinayəti eşidən və ətrafda yaşayan çox sayda türk hadisə yerinə axın edib.

Movqe.az

Tərcümə etdi: Nihat Hüseynzadə

Sizin Reklam Yeriniz