Bakıda qumarxana aşkarlandı+Video
Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil
Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Bakı şəhərində
fəaliyyət göstərən qanunsuz qumarxana aşkar ediblər.
Movqe.az ans-ə istinadən xəbər verir ki,
Xətai rayonu, Zığ yolu, 15 ünvanında fəaliyyət göstərən kafedə
qumar oyunlarının təşkil edilməsi bildirilib. Keçirilən əməliyyat
tədbiri nəticəsində iaşə obyektini icarə əsasında işlədən Süleyman
Vəliyev, həmin kafenin administratorları Zəmanət Hüseynli, Vasif
Hacıyev və orada qumar oynayan daha 5 nəfər şəxs saxlanılıb.
Dindirilmə zamanı adıçəkilən şəxslər həmin obyektdə qanunsuz qumar oyunları təşkil etdiklərini etiraf ediblər.
"10 gün bundan öncə Zığ yolu 15 ünvanında dostum Zəmanətlə iaşə obyektini kirayə götürdüm. Obyekti təmir edib işləməyə başladıq. Məhəllə uşaqlar kafeyə gələrək arxa otaqda qumar oynayıblar" , - deyə saxlanılan şəxs Süleyman Vəliyev bildirib.
Baxış zamanı obyektdən "poker" oyun kart dəsti, qumar oyunlarına qoyulan pul vəsaiti maddi sübut kimi aşkar olunaraq götürülüb.
Məlum olan faktla bağlı başlanılan araşdırmalar davam etdirilir.