Əlaqə Arxiv
news Image
2015.09.03
14:50
| A A A
Daha bir nazirlik “ASAN ödəniş” ə keçdi

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tətbiq etdiyi inzibati cərimələr "ASAN ödəniş" sistemi vasitəsi ilə ödəniləcək. Nazirlikdən Movqe.az-a verilən məlumata görə, "Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən baxılan inzibati xətaların törədilməsinə görə inzibati tənbehlərin tətbiqi haqqında Qaydalar"da dəyişikliklər edilib.


Dəyişikliyə əsasən, nazirlik inzibati xəta törətmiş şəxsin elektron kabinetində yerləşdirilməsi, onun məlumatlandırılması, inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilməsi və inzibati cərimələrin elektron qaydada ödənilməsi imkanının təmin edilməsi üçün "ASAN ödəniş" sistemi haqqında Əsasnamə"də göstərilən məlumatları real vaxt rejimində "ASAN ödəniş" sisteminə ötürəcək.

Bununla yanaşı, digər dəyişiklik nəticəsində inzibati cərimənin şamil olunmadığı şəxslərin sırası genişləndirilib. Belə ki, indiyə qədər Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin səlahiyyətli vəzifəli şəxsləri nazirlik tərəfindən baxılan inzibati xətaların törədilməsinə görə təkcə müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçulara inzibati cərimə tətbiq edə bilməzlər.

Dəyişikliyə görə, inzibati cərimə tətbiq edilə bilməyən şəxslərin sırasına hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları da daxil edilib.


Sizin Reklam Yeriniz